Ərdoğan neftlə bağlı müjdəli xəbəri açıqladı

Ərdoğan neftlə bağlı müjdəli xəbəri açıqladı“Neftlə bağlı gözəl xəbərlər alırıq”.

Telexeber.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, neftlə bağlı Türkiyənin bir sıra vilayətlərindən müjdəli xəbərlər var. Ərdoğan neft hasilatının 100 min barrelə çatdırılacağını ifadə edib. Ərdoğanın sözlərinə görə, ölkədə neft yataqlarının axtarışı ilə bağlı fəaliyyətlər davam edir:


“Heç kimin dəstəyinə ehtiyac olmadan ölkəmizdə və ölkəmizdən kənarda neft və təbii qaz axtarışlarını davam etdiririk. Qara dəniz qazının istifadəyə verməyə yaxınlaşarkən son dönəmdə neftlə bağlı müxtəlif vilayətlərimizdən müjdəli xəbərlər gəlir. Ölkə daxilindəki neft hasilatını gündəlik 100 min barrelə çatdırmaq istəyirik”.

Türkiyə mənbələri ölkədə yeni neft yataqlarının tapıldığını istisna etmir.
Популярный ролик