Evində külli miqdarda pul tapıldı - Deputat məsuliyyəti həyat yoldaşının üstünə atdı
Facebook
Вконтакте
Одноклассники
Google+
Yunanıstan parlamentinin deputatı, Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kailinin Yunanıstandakı evində axtarışlar aparılıb.
Telexeber.az xəbər verir ki, rüşvət iddiaları ilə bağlı saxlanılan qadın deputatın evində külli miqdarda pul tapılıb. Eva Kailinin vəkili iddia edib ki, sosial mediada yayılan görüntülərin bir hissəsi doğru deyil. Onun iddialarına görə, görüntüləri paylaşılan pulların bir hissəsi Kailinin evində tapılıb. Vəkil həmin pulların da Kailinin həyat yoldaşına məxsus olduğunu irəli sürüb.
Qeyd edək ki, Belçika Federal Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı Kaili də daxil olmaqla 4 nəfəri saxlayıb. Onlar adı açıqlanmayan körfəz ölkəsi üçün rüşvət qarşılığında lobbi fəaliyyəti yürütməkdə, Avropa Parlamentinin qərarlarına təsir göstərməkdə, mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətində iştirakda şübhəli bilinir.
Eva Kaili ermənipərəst mövqeyi ilə seçilib. O, Azərbaycana qarşı qərəzli yanaşması ilə yadda qalan avroparlamentari olub.