Putin hərbi dəstək qarşılığında İrana nə vəd edib? - Böyük razılaşma
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya kamikadze pilotsuz uçan aparatların müqabilində İrana “Su-35” döyüş təyyarəsi verə bilər.
Telexeber.az xəbər verir ki, bu barədə xarici KİV-lər Qərb kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb. İddia edilir ki, söhbət Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir. Məlumata görə, ABŞ-ın təyziqlərindən sonra Misir Rusiyadan qırıcı almaqdan imtina edib. Rusiya bu təyyarələri PUA-lar qarşılığında İrana verməyi qərarə alıb. İddia edilir ki, Rusiya bu barədə qərarı İran Moskvaya PUA-lar verəndən sonra qəbul edib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra İran Rusiyaya minlərlə PUA tədarük edib. Lakin İran iddiaları rədd edir.