Rusiya Serbiyanın mövqeyini dəstəkləyir - Peskov

Rusiya Serbiyanın mövqeyini dəstəkləyir - Peskov“Rusiya Kosovo və Serbiya arasındakı gərginlikdə serblərin hüquqlarının necə təmin oldunduğunu yaxından izləyir”.

Telexeber.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Moskva bu məsələdə Serbiyanın mövqeyini dəstəkləyir. Gərginliklə bağlı Rusiyaya qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini ifadə edən Peskov bildirib ki, Serbiya suveren ölkədir və burada Rusiyanın təsirini axtarmaq yanlışdır.


“Serbiya təbii olaraq çətin şərtlərdə birlikdə yaşayan serblərin hüquqlarını qoruyur və bu hüquqlar pozulduqda sərt reaksiya verir” - Peskov deyib.
Популярный ролик