Dneprdə yaşayış binasına raket zərbəsi nəticəsində ölənlərin sayı artır

Dneprdə yaşayış binasına raket zərbəsi nəticəsində ölənlərin sayı artırYanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.

Telexeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbərinin müşaviri Natalya Babçenko məlumat verib.
O qeyd edib ki, dağıntılar altında 30-40 nəfər ola bilər. Eyni zamanda, 75 mülki şəxs artıq xəstəxanalara müraciət edib. Xilasetmə işləri davam edir.

Babçenko, həmçinin əlavə edib ki, 13 sakin ağır vəziyyətdə xəstəxanalardadır, onlardan biri doqquz yaşlı qızdır - ruslar raket zərbəsi endirən zaman o, evin yaxınlığında gəzirmiş.
Популярный ролик