Panamada avtobus qəzaya uğradı: 33 nəfər öldü
Facebook
Вконтакте
Одноклассники
Google+

Panamada avtobusun aşması nəticəsində azı 33 nəfər ölüb.
Telexeber.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
60-dan çox miqrantın olduğu avtobus Kosta-Rika ilə sərhəddə yerləşən Çiriki əyalətindəki müvəqqəti yaşayış məntəqəsinə doğru gedirmiş.
Panama Prezidenti Laurentino Kortiso tviter hesabında yazıb ki, hökumət zərərçəkənlərə tibbi yardım göstərir.