Rusiya dronlarla Ukraynaya hücum etdi

Rusiya İran istehsalı “Shahed” kamikadze dronları ilə növbəti dəfə Ukraynaya hücum edib.

Telexeber.az xəbər verir ki, dronlar Dnepropetrovsk vilayəti istiqamətində uçarkən bölgədə hava xəbərdarlığı elan edilib. Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Serxi Lısak bildirib ki, bəzi ərazilər hədəfə alınıb. Dnepropetrovsk vilayəti ilə yanaşı, Zaporojye vilayətində də hava hücumu xəbərdarlığı elan edilib. Luqansk və Krımda həyəcan siqnalı söndürülməyib.
Популярный ролик