Silah alveri ilə məşğul olan erməni azadlıqdan MƏHRUM EDİLDİ
Facebook
Вконтакте
Одноклассники
Google+
Erməni əsilli Amerika vətəndaşı azadlıqdan məhrum edilib.
Telexeber.az Rusiya mətbuatına istinadən məlumat verir ki, Moskva vilayətinin Ximki məhkəməsi qəbul etdiyi qərara görə, ABŞ vətəndaşı, milliyyətcə erməni olan Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına görə 8 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci il dekabrın sonunda Xaçaturyan Şeremetyevo hava limanında saxlanılıb.
Axtarış zamanı ondan “Glock 17” markalı döyüş tapançası və patron götürülüb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsinə əsasən 37 yaşlı Xaçaturyan qanunsuz silah alverində və silah qaçaqmalçılığında təqsirli bilinib.