Araik Vardanyanı "vəzifəsindən" GÖNDƏRDİ

Azəbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların "başçısı" Araik Arutyunyan saxta "dövlət naziri" Ruben Vardanyanı tutduğu vəzifədən azad edib.

Telexeber.az xəbər verir ki, məlumatı "Hraparak" yayıb. Bildirilib ki, onun yerinə Qurgen Nersisyan gətirilib.


Nəşr yazır ki, Vardanyan "vəzifədən" azad edilsə də, Xankəndidə qalmağa davam edəcək.

Qeyd edək ki, Rusiya vətəndaşlığından çıxarılan milyader Ruben Vardanyan Azərbaycan ərazisində qanunsuz fəaliyətlə məşğul olub.
Популярный ролик