İsveç öhdəlikləri yerinə yetirməsə razılıq verməyəcəyik - Çavuşoğlu

"İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı öhdəlikləri var. Bu addımları görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil”.

Telexeber.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bəyan edib.

O bildirib ki, İsveç tərəfi terrorizmin təzahürlərinə qarşı mübarizə ilə bağlı Ankaranın narahatlığını nəzərə almalıdır.

Çavuşoğlu Ankaranın NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində iki Skandinaviya ölkəsi ilə müvafiq üçtərəfli memorandum imzaladığını xatırladıb və qeyd edib ki, İsveç hakimiyyəti krallığın qanunvericiliyinə düzəlişlər etsə də, terrorçuların əlaltıları bu ölkədə sərbəst fəaliyyətlərini davam etdiriblər.

“İki Skandinaviya ölkəsinin NATO-ya müraciətlərinə ayrıca baxa bilərik. Ankaranın Finlandiyanın müraciətinə münasibəti daha müsbətdir”, - deyə türkiyəli nazir bildirib.
Популярный ролик