42 min suriyalı könüllü olaraq ölkələrinə qayıdıb - Akar
Facebook
Вконтакте
Одноклассники
Google+
“Kahramanmaraşda baş verən zəlzələlərdən sonra təxminən 42 min suriyalı könüllü olaraq ölkələrinə qayıdıb”.
Telexeber.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar belə deyib. O bildirib ki, zəlzələlər baş verəndən dərhal sonra ordu hərəkətə keçirilib. Akarın sözlərinə görə, zəlzələdən dərhal sonra Baş Qərargah, Ordu, Dəniz və Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzləri, eləcə də Milli Müdafiə Nazirliyi lazımi həmlələri edib. Ordunun Humanitar Yardım Briqada Komandirliyinə "hazır ol" əmri verilib.
Qeyd edək ki, Türkiyənin bəzi müxalif siyasətçiləri ordunun zəlzələ ilə bağlı vaxtında tədbirlər həyata keçirmədiyini irəli sürür.