Yunanıstandakı qatar qəzasının baş vermə səbəbi açıqlandı
Facebook
Вконтакте
Одноклассники
Google+

Yunanıstanın Larisa şəhəri yaxınlığındakı qatar qəzasının səbəbi bəlli olub.
Telexeber.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.
Məlumata görə, qəzadan dərhal sonra saxlanılan Larisa şəhər vağzalının rəisi səhvə yol verdiyini etiraf edib:
“Mən səhvə yol verdim və minik qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”.
Qeyd edək ki, Yunanıstanda qatarların toqquşması nəticəsində 36 nəfər ölüb.