Dünyanı həyəcanlandıran gəlişmə - Çox dəhşətli cavab hazırlanıb

“Moskva ABŞ-ın mümkün hücumlarının qarşısını almaq üçün nüvə silahından istifadəni ehtiva edən strategiya üzərində işləyir”.

Telexeber.az xəbər verir ki, Ria novosti agentliyi Rusiya Müdafiə Nazirliyinə aid bir “Voennaya Mysl” jurnalına istinadən belə məlumat yayıb. “Voennaya Mysl” (“Hərbi Düşüncə”) jurnalında dərc olunan məqalədə qeyd edilir ki, Moskva Vaşinqtonun dünya üzərindəki hökmranlığını itirməkdən narahat olduğunu və buna görə də Rusiyanı zərərsizləşdirmək üçün hücum planları hazırladığı qənaətinə gəlib.


Buna cavab olaraq rusiyalı ekspertlər ABŞ-ın mümkün hücumlarına qarşı nüvə və qeyri-nüvə silahlarından eləcə də ən son hərbi texnologiyalardan istifadə etmək təklifini irəli sürüblər. Qeyd edək ki, Rusiya prezidenti Vladir Putin nüvə silahlarına nəzarəti nəzərdə tutan START müqaviləsini dayandırdıqlarını açıqlayıb.
Популярный ролик