Qadınlar eyvandan işarə verdi: Evə gedənlər heyrətə gəldi / FOTOLAR
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbulda inanılmaz hadisə baş verib.
Telexeber.az xəbər verir ki, binanın eyvanında bir qrup qadın ağ dəsmal göstərərək yardım istəyib. Dərhal əraziyə gələn polis evə daxil olub. Məlum olub ki, bir qrup asiyalı qadın otağa salınaraq üstləri açarlanıb. Onlar zorla orada saxlanılırmış. Araşdırmalar nəticəsində məlum olub ki, İndoneziya əsilli 23 qadın ev və ofis kimi istifadə edilən mənzildə zorla saxlanılıb. Onları zorla mənzilə saxlayan şəxlərin İran əsilli Y.K., İraq əsilli T.M adlı qadınlar olduğu məlum olub. şübhəlilər nəzarətə götürülüb.
Həmçinin, şübhəli T.M. adlı iraqlının evində aparılan axtarışlar nəticəsində daha 3 İndoneziya vətəndaşı qadın tapılıb. Məlumata görə, indoneziyalı qadınlar ayda 300 dollara Ərbil və Birləşmiş Ərəb Əmirliklərində işləmək qarşılığında razılaşıblar. Daha sonra onlar və edilən ölkəyə deyil, İstanbula gəldikləri anlayıblar.