Stoltenberq: “NATO ölkələrində silah-sursat istehsalı artıb”
Facebook
Вконтакте
Одноклассники
Google+

NATO-nun bir çox ölkələri artıq silah və sursat istehsalını artırır.
Telexeber.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İsveçin Baş naziri ilə birgə mətbuat konfransında deyib.
“Deyə bilərəm ki, NATO-nun bir çox ölkələri hazırda Ukraynaya təchizatı artırmaq üçün silah və sursat istehsalını artırır”, - Stoltenberq bildirib.
O, həmçinin Avropa İttifaqının Kiyev üçün sursatların birgə alınması və öz ehtiyatlarını artırmaq ideyasını alqışlayıb.