Bu ölkədə iki jurnalist həlak oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün Əfqanıstanın Məzari-Şərif şəhərində “Əfqanıstanın səsi” (AVA) informasiya agentliyinin binasında partlayış törədilib.
Telexeber.az xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib. Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb. Hadisə yerinə gələn Əfqanıstanın təhlükəsizlik qüvvələrinin nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.