“Rusiya ABŞ-la münaqişənin ən təhlükəli mərhələsindədir” - Sergey Ryabkov
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya ABŞ-la münaqişənin ən təhlükəli mərhələsindədir”.
Telexeber.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov belə açıqlama verib. O Rusiya ilə ABŞ arasındakı münasibətləri dəyərləndirərkən bildirib ki, iki ölkə arasında münasibətlər kifayət qədər gərgindir.
Ryabkovun sözlərinə görə, ABŞ müxtəlif aspektlərdə Rusiya ilə birbaşa hibrid müharibəsində iştirak edir. Ryabkov hazırda nüvə münaqişəsi ilə bağlı çox danışıldığını açıqlayıb və xatırladıb ki, Rusiya nüvə müharibəsində qalibin olmayacağını həmişə bəyan edib.