Halı pisləşən Ərdoğan xalqa müraciət etdi - "İştirak etməyəcəm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından bugünkü proqramlara qatıla bilməyəcəyini açıqlayıb.

Telexeber.az xəbər verir ki, o həkimlərin tövsiyəsi ilə evdə istirahət edəcəyini deyib:

"Gərgin iş qrafiki səbəbilə efirdə yaşadığım kiçik narahatlığa görə diləklərini, dualarını çatdıran millətimin hər bir fərdinə ayrı-ayrılıqda təşəkkür edirəm. Bu gün həkimlərimizin məsləhəti ilə evdə istirahət edəcəm. Təəssüf ki, bu gün Kırıkkale, Yozgat və Sivasdan olan qardaşlarımla bir araya gələ bilməyəcəyik. Hamısından haqqını halal etməsini rica edirəm. Kırıkkale, Yozgat və Sivas proqramlarında bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək. Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik. Sevgili millətimizi “Türkiyə yüz ili” hədəflərinə çatdırmaq üçün çalışmağa davam edəcəyik. Bu münasibətlə bütün vətəndaşlarıma cansağlığı, əmin-amanlıq və xoşbəxtlik arzulayıram”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın ötən gecə canlı yayımda halı pisləşib. Ərdoğan soyuqladığını açıqlayıb.
Популярный ролик