Nazirliyin qalmaqallı şöbə müdiri işdən çıxarıldı
- 18.05.2023, 09:44,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Maliyyə şöbəsinin müdiri Asəf Musayev vəzifədən azad olunub.
Telexeber.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb
Qeyd edək ki, Asəf Musayevin COVİD-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsində, tibbi sığortadan tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsində və tibb işçiləri ilə kobud rəftarda adı hallanırdı.