Şirvan şəhər Daşınmaz Əmlakın Dövlət Reyistri Xidməti,yoxsa rüşvət ocağı?
- 26.05.2023, 11:46,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Şirvan şəhər Daşınmaz Əmlakın Dövlət Reyistri Xidməti desək,yoxsa xalqın qoyduğu adı (rüşvət ocağı,rüşvət bataqlığı) desək,bizdə çaşbaş qaldıq.Birinci adı dövlət qoyub,ikinci adı xalq qoyub. Dövlətin idarəsində xalqa rüşvət müqavilində xidmət göstərəndə əlbəttə ki,adını rüşvət ocağı qoyacaqlar.
Rasim Həsrətov sosial şəbəkədə paylaşaraq bildirib ki,Allah heçkimin yolunu Şirvan şəhər Daşınmaz Əmlakın Dövlət Reyistri Xidməti idarəsinə salmasın.İdarədə vətəndaşın hər istəyi pulla ölçülür və verdiyi rüşvətə qarşılıq xidmət görür,yəniii qulluq görür.
Ancaq insanlar bu cür qarşılıqlı xidmətdən lap təngə gəlib.Ünvanlı sosial yardım düzəltdirmək istəyən ailələr və digər xidmətdən yararlanmaq istəyən vətəndaşlar niyə ciblərinə 100,200 manat qoyub sözü gedən idarəyə getməlidirlər?
Müraciət üzrə araşdırmamız davam edir,gələn səyfəmizdə daha ətraflı müzakirə olunacaq bu biyabırçılıq və aidiyyatı üzrə yönləndirilib bu məsələyə aid fikirləri oxucuların diqqətinə çatdıracağıq.