“Türkiyənin prezident seçkisində Ərdoğanın qalib gəlməsi üçün qurban boyuna almışdım. Tarixi zəfərimizlə bağlı qurban kəsməyin vaxtıdır”.
Telexeber.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib:
“Ya bu gün, ya sabah qurban kəsəcəyəm, verdiyim sözü həyata keçirəcəyəm”.
Xatırladaq ki, Türkiyədə keçirilən prezident seçkisinin birinci turu zamanı millət vəkili Elman Nəsirov Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi üçün qurban demişdi.