Ermənistandan növbəti ekoloji təhdid: Təhlükəli zavod inşa edir


Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır.

Telexeber.az xəbər verir ki, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq.


Məlumata görə, zavodun yerləşəcəyi yer - Arazdəyən kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar çaya axıdılacaq. Bundan başqa, zavod Arazdəyəndə 70 milyon dollarlıq ABŞ sərmayəsi ilə tikilir.

Bununla bağlı Sədərək rayonunun sakinləri də narahatdır.
Популярный ролик