Saxta diplomu olan adama hörmətlə yanaşsaq, təhsil irəli getməyəcək - Nazir
- 06.07.2023, 13:14,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

"Nə vaxta qədər ki, saxta diplomu olan adama hörmətlə yanaşqcağıq, cəmiyyətdə təhsil irəli getməyəcək".
Telexeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim – keyfiyyətli təhsil" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, xüsusilə təhsildə saxtakarlıq, plagiat, yalan danışmaq kimi məqamlar qınanılmalıdır və qəbul edilməməlidir:
"Həqiqətən də o şəxslərə hörmət edilməməlidir. Düşünürəm ki, bu, çox vacib insani dəyərdir".