DSX-nin əsgəri silahdan açılmış atəşdən öldü
- 11.07.2023, 21:49,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində vəfat edib.
DSX-dən Telexeber.az-a bildirilib ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.