Yağışlı hava bu tarixədək davam edəcək - AÇIQLAMA
- 17.07.2023, 10:59,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək.
Bu barədə Telexeber.az-ın sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib:
"İyulun 18-i gündüzədək yağıntıların kəsiləcəyi gözlənilir. İyulun 19 və 20-də əksər rayonlarda yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək".