Bakı sakinlərinin illərdir gözlədiyi metrostansiya hazırdı - Açılış vaxtı bilindi
- 15.12.2019, 12:52,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

"Bənövşəyi xətt"in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, "Papanin" kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq.
Telexeber.az xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir.
Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib:
"Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur".