“Azərbaycan dili dünyada daha yaxşı tanınmağa layiqdir” - Fransa səfiri

“Azərbaycan dili dünyada daha yaxşı tanınmağa layiqdir”.

Telexeber.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon 1 avqust - Azərbaycan Dili və Əlifbası Günü münasibətilə tviter hesabındakı paylaşımında qeyd edib.


Diplomat Azərbaycan dilini öyrədən müəllimlərə təşəkkür edib, eyni zamanda özü də daxil olmaqla bu dili öyrənənlərə uğurlar arzulayıb.

“Bu gün Azərbaycan dili günüdür. Onu öyrədən bütün müəllimlərə təşəkkür edirəm və öyrənənlərə (mən də daxil olmaqla) uğurlar! Bu gözəl dil dünyada daha yaxşı tanınmağa layiqdir!”, - A.Buayon vurğulayıb.
Популярный ролик