Azərbaycanda bu üç qurum ləğv olundu
- 02.08.2023, 08:29,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Naxçıvanda üç qurum ləğv olunub.
Telexeber.az Report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb.
Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondu ləğv edilib.