Ermənistan həqiqətən sülhməramlıların getməsini istəyir? - Zaxarova
- 02.08.2023, 16:02,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

“Ermənistan rəhbərliyi bəzi məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir”.
Telexeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb: “İndi Ermənistanın Rusiyanın səylərini görməzdən gəlməsi yersizdir”.
Rusiya XİN-in sözçüsü həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı iddialarına da cavab verib: “Sülhməramlıların mühüm funksiyaları yerinə yetirdiyi hamıya məlumdur. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər?”.