Qeydiyyata alınan partiyaların SİYAHISI
- 08.09.2023, 10:40,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Ədliyyə Nazirliyi daha bir partiyanı dövlət qeydiyyatına alıb.
Telexeber.az xəbər verir ki, Nazirlik Elşad Musayevin rəhbərlik etdiyi Böyük Azərbaycan Partiyasının təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.
İndiyədək müsbət cavab alan partiyalar aşağıdakılardır:
- Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
- AĞ Partiyası
- Ümid Partiyası
- Haqq Ədalət Partiyası
- Azərbaycan Milli İstiqlal Partiyası
- Milli Dirçəliş Hərəkatı Partiyası
- Ana Vətən Partiyası
- Milli Cəbhə Partiyası
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Yeganə qeydiyyata alınan partiya hakim Yeni Azərbaycan Partiyası olub. Nöqsanlarla bağlı digər partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib.