Ermənilərin "hay" "təşvişinə" reaksiya: "Gülməklə cavab vermək olar"

Məlum olduğu kimi, ötən gündən sosial şəbəkələrdə ermənilərin Azərbaycanın məşhur "Cənab leytenant" mahnısını təhrif etməsi ilə bağlı fotoskrin yayılıb.

Belə ki, erməni istifadəçilər yazır ki, guya mahnıdakı "hay" kəlməsi "erməni" mənasını verir, azərbaycanlılar hərbçilərdən erməniləri istəyir ki, ələ keçirib məhv etsinlər.


Telexeber.az xəbər verir ki, məsələyə bu və digər hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı reaksiya verib. O, Demokrat.az-a açıqlamasında bunları deyib: "Gülməlidir. Nə deyə bilərəm?! Erməni xisləti öz sözünü deyir. Bu sözlərə sadəcə gülməklə cavab vermək olar".

Qeyd edək ki, sözügedən mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.
Популярный ролик