TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun fəaliyyətində ciddi nöqsanlar qırmızı xətt kimi keçir, ictimaiyyət arasında şiddətlə tənqid olunan Nurəngiz Bəşirova olayları, qızına dəbdəbəli toy etməsi və bundan əlavə, rüşvətxorluqla açıq məşğul olması ölkədə böyük əks-səda verib.
Hazırda ölkədə cənab prezidentin rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə siyasətinin həyata keçdiyi məqamda yolverilməz hərəkət edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun rüşvət və korrupsionerliyinə görə, Xocavənd və Beyləqan Mərkəzi Xəstəxanasının direktorluğundan qovulan Nurəngiz Bəşirovanı Bakı şəhərinin böyük tibb ocaqlarından birinə - Sabunçu Xəstəxanasına direktor təyin etməsi ciddi narahatçılıq törədir.
Bəs yaxşı Vüqar Qurbanov Nurəngiz Bəşirovanı kimilərin tapşırığı ilə Bakının Sabunçu rayon xəstəxanasına direktor təyin edib?
Ümumiyyətlə bu iş tapşırıqlamı olunub?
Bu sualların cavabını qarşı tərəfdə yox sosial şəbəklərdə axtarsaq -TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Fövqaladə Hallar Naziri Kamaləddin Heydərovun himayə etdiyi deyilən, qohumu (K. Heydərovun qaynı Nurəngiz Bəşirovanın dünyasını dəyişmiş dayısı ilə bacanaqdır) çoxsaylı şikayətçilərin tələbinə görə, Nurəngiz Bəşirovanı Beyləqan Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edib.
O direktor vəzifəsindən sadəcə yerini dəyişmək üçün işdən azad olunmayıb. Nurəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanasında törətdiyi cinayət əməllərinin üstünü açan şikayətçilərin ardıcıl tələbi ilə işdən çıxarılıb, amma cəzalandırılmayıb.
Vüqar Qurbanov Nurəngiz Bəşirovanı Kamaləddin Heydərovun tapşırığı ilə dərhal Bakının Sabunçu rayon xəstəxanasına direktor təyin edib. Sabunçu xəstəxanasının kollektivi Nurəngiz Bəşirovanın direktor təyinatına etiraz etsələr də, yeni təyin olunan direktor kürsüdə bərk əyləşib. Sabunçu xəstəxanası kollektivinin etirazına səbəbi isə, Nurəngiz Bəşirovanın Xocavənddə və Beyləqanda baş həkim, direktor işlədiyi dövrdə törətdiyi cinayət əməlləridir.
Deyilənlərə inansaq,bugünə kimi baş vermiş qarşısı alınmayan hadisələrin bugündən sonra necə cəryan edəcəyi hərkəs üçün maraqlı olaraq qalmaqdadır.
Qarşı tərəfin məsələ ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.
Bizi izləməyə davam edin.