"Dediklərini yəqin yuxuda görüb"- Ehsan Zahidovdan Zirəddinə CAVAB
- 20.01.2020, 21:51,
- Gündəm / Video
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan" "Youtube" kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiklərini iddia edib.
Bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Telexeber.az-a bildirib ki, cinayətkarı tapmaq üçün polis Zirədddən niyə kömək istəməlidir ki: "Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb".