Onlar Azərbaycan ailələrinin əxlaqının pozulması üçün pul buraxır - Deputat
- 02.02.2024, 09:32,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Biz nə qədər qanun qəbul etsək də, məişət zorakılığının qarşısını ala bilməyəcəyik.
Telexeber.az xəbər verir ki, Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında millət vəkili Aqil Abbas deyib.
Aqil Abbas bildirib ki, Avropa Azərbaycan ailələrinin əxlaqının pozulması üçün pul buraxır:
«Qadın ərini qoyub ərinin qardaşı ilə qaçır. Bu Azərbaycanda istisna haldır. Ancaq televiziyalarda bu veriləndə başqaları da deyir ki, niyə mən də Bakıya getməyim? Biz qanun qəbul edəcəyik, ancaq televiziyalarda zorakılıq, əxlaqsızlıq təbliğ ediləcək»