Bundan əvvəl yaşıdını öldürüb, həbs olunmaması üçün ona “dəlilik kağızı” alıblar - İDDİA

Ata-anasını, qardaşını, bacısını və bacısının azyaşlı övladını qətlə yetirən Əhməd Əhmədovla bağlı sensasion məlumat yayılıb.

Telexeber.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Mehriban Sadıqova məlumat paylaşıb.


Onun iddiasına görə, Əhməd 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürübmüş:

“Ailəsi həbsxanaya girməməsi üçün ona "dəlilik kağızı" düzəldib, sonra da onu aradan çıxarıb Rusiyaya göndəribmiş. Sonradan ona maşın, ev alıb, gündəlik də cibxərci veriblər.

Daha sonra "dəlilik kağızını" təmizləyib, sağlamlıq arayışı ilə ona sürücülük vəsiqəsi də alıblar. Və beləcə öz dəhşətli sonlarını hazırlayıblar”.
Популярный ролик