Rusiyadakı Azərbaycan icması erməni təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib

Rusiyadakı Azərbaycan icması erməni təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edibRusiyadakı erməni diasporu növbəti dəfə Azərbaycana qarşı təxribata hazırlaşır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, erməni diasporu yanvarın 26-da paytaxtdakı "Pobeda" kinoteatrında əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun "tarixi Ermənistan" torpağı olduğunu iddia edən "Sehirli Aran ölkəsi" ("Mistiçeskaya strana Aran") adlı filmin nümayişini keçirməyə hazırlaşır.


Bununla əlaqədar Azərbaycan İcması filmin təxribat xarakterli olması və Rusiya Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq ideyalarını təbliğ etməsi ilə bağlı Moskva hökumətinə müraciət edib.

Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinə ünvanlanan müraciətdə filmin nümayişindən imtina edilməsinə çağırış edilib.

Əks təqdirdə Rusiya Xarici İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına müraciət olunacağı bildirilib.
Популярный ролик