Əli Əsədov hökumətin prioritetlərini açıqladı
- 16.02.2024, 10:54,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan post-müharibə dövrünün çağırışlarına uyğun olaraq inkişaf strategiyası ilə uğurla irəliləyir.
Telexeber.az xəbər verir ki, bunu yenidən Baş nazir vəzifəsinə namizədliyi Milli Məclis tərəfindən təsdiq edilən Əli Əsədov deyib.
O qeyd edib ki, növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi, hərbi sənaye kompleksinin gücləndirilməsi, ordunun təchizatının yaxşılaşdırılması, sərhədlərin müdafiəsinin gücləndirilıməsi əsas prioritetlər olacaq.
Ə.Əsədov vurğulayıb ki, sosial inkişaf hər zaman dövlət başçımızın diqqətində olub və bundan sonra da olacaq.