Dünyaca məşhur yazıçıdan GÖZLƏNİLMƏZ QƏRAR
- 02.02.2020, 18:58,
- Gündəm / Dünya
Facebook
Вконтакте
Одноклассники
Google+
Daha çox qorxu janrları ilə dünyada geniş oxucu bazasına sahib olan amerikalı yazıçı Stiven Kinq "Facebook"dan ayrılmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, yazıçı bu qərarını "Twitter" hesabından paylaşıb.
"Facebook"un siyasi reklamlarda səhv məlumatları blok etməməsinə reaksiya verən Stephen King paylaşımında ""Facebook"dan ayrılıram. Siyasi reklamlarda icazə verilən yanlış məlumat yığımı məni qane etmir və istifadəçilərin məxfiliyinin qorunması qabiliyyətinə də inanmıram" sözlərini yazıb.
Qeyd edək ki, Stiven King ""Facebook"dakı izləyicilərinə "İstəsəniz, "Twitter"də izləyin" mesajını da verib. .