Sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə borcu bilən, şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olar. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsl həkim Hipokrat andının məsuliyyətini işındə,xıdmətində dərk edib, xəstələrin xilaskarı olmağında heçbir təmanna güdməyən həkimdir. Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Vətəndaşların tərəddüd etmədən sağlamlığını etibar edə biləcəyi həkim desək, kifayət olar yəqin ki, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri ümumi – Kardioloq Anar Əzizovdan gedir.
Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki....
Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik alim, xeyirxah insan Anar həkim. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır.
Anar Əzizovun çalışdığı müddət ərzində səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyük olmuşdur. Xəstəxanada nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub.
O, rəhbərliyin kollektivin, Nazirliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
Ömrünü sevə - sevə Azərbaycan səhiyyəsinin inkişafına həsr edən savadlı həkim gecəli – gündüzlü gərgin əməyi sayəsində çox şeylərə nail olmuşdur.
Anar Əzizov elmi fəaliyyəti ilə bərabər , yüksək ixtisaslı gənc həkim kadrların yetişməsi kimi önəmli bir missiyanı da yerinə yetirir. Gənc həkimlər həmişə Anar həkimin məsləhətlərindən bəhrələnirlər. Gənc həkimlərin yetişməsində peşəkar həkim kimi əlindən gələn köməkliyi əsirgəmir.
Oğuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Anar Əzizov bu işin müqəddəsliyini qoruyub saxlayır. Anar Əzizov hər kəsin rəğbətini qazanan insanlardandır.