Gəncə ŞİH ilə bağlı yayılan xəbərlərə Baş Prokurorluqdan AÇIQLAMA
- 05.03.2024, 08:39,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərlə bağlı Baş Prokurorluq açıqlama yayıb.
Telexeber.az-ın məlumatına görə, məlumatda bildirilir:
"Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.
Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik".