Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.
Telexeber.az xəbər verir ki, görüşdə Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlandı.
ICESCO-nun Baş direktoru Şuşaya budəfəki səfərində burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin şahidi olduğunu bildirdi, işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış məscidlərin yerində yeni məscidlərin inşa edilməsinin İslam dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini vurğuladı.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və yenidənqurma işlərinin getdiyi məmnunluqla qeyd olundu.
ICESCO ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu və perspektivlər barədə fikir mübadiləsi aparıldı.
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
11:26
Prezident İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.
Telexeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.