Rəisinin hesabından xalqa çağırış edildi - FOTO
- 20.05.2024, 09:33,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Helikopteri qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin rəsmi "Instagram" hesabında paylaşım edilib.
Telexeber.az xəbər verir ki, paylaşımda insanlardan onun üçün dua etməyi xahiş edilir:
"Əziz İran xalqından Rzanın bəndəsi üçün dua etməsi xahiş olunur".
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub. İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.