Sosial şəbəkədə Sumqayıt Dövlət Universitetinin tələbələrə etdiyi maraqlı təklif İbrahim Cəfərov tərəfindən çox ucuz qarşılandı.
- 29.05.2024, 16:35,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkədə- Sumqayıt Dövlət Universitetinin;
- Bu il SDU ya 500 dən çox balla qəbul olacaq tələbələr aylıq 200 manat əlavə təqaüd və pulsuz yataqxana ilə təmin olunacaqlar.
kimi reklam xarakterli təklifinə çox keçmir ki, şərh bölümündə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov öz fikirini bildirir;
-Alqışlar,amma illərlə biz Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan 400 bal və daha artıq toplayanlara 150 manat,500 bal və artıq toplayanlara 200 manat əlavə təqaüd vermişik.Bundan əlavə imtahanlardan 100 bal toplayanlara,ingilis dilli quruplarda təhsil alan gənclərə əlavə təqaüdlər verilmişdir.
Diqqətinizə çatdırım ki,İbrahim Cəfərov 25 iyul 2013 – 6 sentyabr 2022 ci ilədək Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışmış və daha sonra 6 oktyabr 2022-ci ildə kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Burda bir nüans diqqətimizi çəkib və mənə elə gəlir ki,verəcəyimiz sualın cavabı hərkəsi maraqlandırar.
Bu reklam xarakterli rəqabətin görünməz tərəfində kimlər nədərəcədə xeyir güdür?
Hər ikitərəfi tanıyırıq,şəxsiyyətinə hörmətlə yanaşırıq.Ancaq oxucuları maraqlandıran sualın cavabına yəqin ki,qarşı tərəfin bir açıqlaması olacaq.
Bəlkə İbrahim Cəfərov yenidən rektor vəzifəsinə gəlmək istəyir?