“Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevdir.
Qeyd edək ki, 3 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsi Şirvan şəhəri,Hacıqabul,Neftçala,Səlyan,Saatlı,Sabirabad,İmişli və Biləsuvar inzibati rayonlarını əhatə edir.
Fərid Piriyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fərid Piriyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana biz də mətbuat olaraq uğurlar diləyirik.
Məlumat üçün bildirək ki, F. Piriyev Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktor müavini Ələmdar Piriyevin oğludur.
Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən Fərid müəllimə uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.