Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Bu gün Beyləqanda Milli qəhrəman Namiq Allahverdiyev adına 1 saylı tam orta məktəbdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər var.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Beyləqan şəhər 1 saylı orta məktəbin direktoru Gülbəniz Cəfərova haqında yazmaq,onun uğurlu iş fəaliyyətini gündəmə gətirib mətbuatda işıqlandırmaq özümüzə borc bildik.Ümumiyyətlə vəzifəndən asılı olmayaraq gərək yaxşıya yaxşı,pisə pis deməyi bacarasan.Telexeber.az araşdırma apardı,məktəbdə təhsil alan şagirdlər və övladlarının gələcəyini daim düşünən, valideyinlər Beyləqan şəhər 1 saylı orta məktəbdə dərs deyen müəllim heyətindən ağız dolusu razılıq və minnətdarlıqlarını bildirdilər.
Bizdə mətbuat olaraq məktəbin direktoru Gülbəniz Cəfərova ya öhdəsindən layiqincə gəldiyi müəllimlik peşəsində uğurlar arzu edirik.