Söhbət açacağımız vətənpərvər insan, hər zaman şəhid ailələri, müharibə əlillərinin və aztəminatlı ailələrin yanında olan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyin Rəisi Manaf Manafovdur . Manaf müəllim gənclərlə iş sahəsində təşkilatçılıq bacarığı, ictimaiyyətin rəğbətini qazandıran fərdi keyfiyyətləri ilə diqqətdən yayınmayıb və o, məsul vəzifələrdə həmişə irəli çəkilib, burada da öz çalışqanlığı, savadı və qabiliyyəti ilə fərqlənib.
Manaf müəllim təkcə geniş erudisiyası olan bir kadr deyil, həm də dəyərləri üstün tutan bir insandır. O, Azərbaycanlı adını, ölkəsinin mənafeyini, şərəfini həm ictimai həyatda, həm də çalışdığı kollektivlərdə uca tutan bir şəxsiyyətdir. Bu baxımdan onun fəaliyyəti xüsusilə yadda qalan olub. Bu məsul dövlət qurumundakı fəaliyyəti ilə də vəzifəyə karyera, şan-şöhrət naminə deyil, Vətəninə, xalqına ləyaqətlə xidmət etmək üçün gəldiyini sübut edə bilib.Məhz bu keyfiyyətləri onu o zaman əqidəsi cibində, amalı və sədaqəti dilində olan bir çox rəhbər işçilərdən fərqləndirirdi. Onun məhz bu parlaq insani cəhətləri və haqq işi uğrunda mücadiləsi rəhbərlik tərəfindən qiymətləndirildi.
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Manaf Manafov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Manaf Manafov xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallığı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Manaf müəllim elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Manf müəllim əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Manf müəllim ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir.
Telexeber.az