Xəbər verdiyimiz kimi, Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Telexeber.az onun dosyesini təqdim edir:
Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib.
1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.
1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.
2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020) olub.
Evlidir, 3 övladı var.