ARB-nin yayımı dayandırıldı
- 11.07.2024, 17:11,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

ARB TV-nin yayımı dayandırılıb.
Telexeber.az xəbər verir ki, kanal bu gün saat 11:00-dan yayımını dayandırıb. Yayım 14:00-da başlayacaq.
Buna səbəb isə mayın 21-də Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audivizual yayımçıya məxsus olan "127 saat" bədii filminin yayımlanması olub.
Qeyd edək ki, bu gün səhər saatlarında ATV-nin də yayımı müvəqqəti dayandırılmışdı.