"Azərbaycan Françayzinq Assosiasiyası" strateji tərəfdaşlıq sazişi imzaladı

“Azərbaycan Françayzinq Assosiasiyası” (AFA) İctimai Birliyi və Böyük Britaniyanın “Grem Capital Limited” (GCL) şirkəti arasında strateji tərəfdaşlığa dair saziş imzalanıb.

Telexeber.az xəbər verir ki, sənədi Assosiasiyanın İdarə Heyətinin sədri Camid Mövsümov və şirkətin rəhbəri Telman Abbasov imzalayıb.
Saziş təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi prosesində birgə fəaliyyət kimi məsələləri özündə ehtiva edir.
Популярный ролик