Əli Kərimli məhkəməyə verildi
- 09.08.2024, 14:44,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli keçmiş partiya üzvü tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
İş hakim Babək Pənahovun icraatına verilib.
Məhkəmə iclası avqustun 13-nə təyin edilib.